Prezident İlham Əliyev Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılmasının 10 illiyi münasibətilə qurumun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Postxronika.az xəbər verir ki, Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə rəhbər tutaraq qəbul edilib.

​Sənədə əsasən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsindəki səmərəli xidmətlərinə görə MİDA-nın aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif olunublar:

​Qədimov Çingiz Sahib oğlu

​Məmmədov Elşad Pənah oğlu

​Salmanov Azər Ağababa oğlu

​Şərifov Rizvan Həmid oğlu

​Şiriyeva Kəmalə Məzahir qızı