İran İslam Respublikasının parlament sədri Məhəmmədbaqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ tərəfi ilə danışıqlar aparmaq məqsədilə Pakistanın paytaxtı İslamabad şəhərinə səfər edib.

Postxronika.az "Fars" Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran nümayəndə heyəti geniş tərkibdə – təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquq komitələrinin üzvləri ilə təmsil olunur.

​Heyətdə parlament sədri ilə yanaşı, xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və Mərkəzi Bankın sədri Əbdülnasir Hemməti də yer alıblar.

​Eyni zamanda, ABŞ tərəfi də danışıqlar üçün öz nümayəndələrini İslamabada göndərib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner artıq İslamabada çatıblar.

​İran tərəfinin bəyanatına görə, danışıqların baş tutması qarşı tərəfin Tehranın irəli sürdüyü ilkin şərtləri qəbul etməsindən asılı olacaq.