ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında minatəmizləmə əməliyyatlarına başlanıldığını elan edib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı bu barədə özünə məxsus "Truth Social" platformasında məlumat paylaşıb.Ağ Ev rəhbəri bu addımı bir çox dünya dövlətləri üçün göstərilən xidmət adlandıraraq, digər ölkələrin bu riskli prosesi icra etməyə cəsarətlərinin çatmadığını vurğulayıb. O, həmçinin İranın boğaza yerləşdirdiyi 28 mina düzən gəmisinin artıq məhv edildiyini və dənizin dibinə batırıldığını bildirib.
Prezidentin qənaətinə görə, Vaşinqton bu hərbi gedişlə rəsmi Tehranı sonuncu strateji üstünlüyündən məhrum edir. Yekunda Tramp qeyd edib ki, hazırkı qarşıdurmada İran tərəfi ABŞ-a demək olar ki, məğlub olur.