Pakistanın paytaxtı İslamabadda ABŞ və İran rəsmiləri arasında birbaşa danışıqlar başlayıb.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı "BBC News" paylaşıb.Üçtərəfli müzakirələrdən əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif hər iki ölkənin təmsilçiləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. ABŞ tərəfini danışıqlarda vitse-prezident Ceyms Devid Vens, həmçinin xüsusi müşavirlər Cared Kuşner və Stiv Vitkoff təmsil edirlər. İran heyətinə isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçı rəhbərlik edir.
Mənbələr əvvəlcə təmasların vasitəçilər yolu ilə dolayı aparıldığını, lakin sonradan birbaşa dialoqa keçildiyini təsdiqləyiblər. Bu görüşlər son onilliklərdə Vaşinqton və Tehran arasında ən yüksək səviyyəli birbaşa diplomatik təmas kimi qiymətləndirilir.