Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata əsasən, aprelin 14-də ölkə ərazisində asayişin qorunması və cinayətkarlıqla mübarizə istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mühüm nəticələr əldə olunub.
Postxronika.az Daxili işlər Nazirliyinə istinadən xəbər verir ki,həmin gün ərzində qeydə alınan 56 cinayət hadisəsinin, habelə əvvəlki dövrlərdən bağlı qalan daha 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan cəmi 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib ki, onlardan da 84-ü borclu şəxs qismində axtarılanlar olub.
Bundan əlavə, narkotik vasitələrlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 16 fakt müəyyən olunub. Cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 69 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.