Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən silahlı insidentlərdən sonra ölkə daxilindəki bütün təhsil ocaqlarında mühafizə tədbirləri maksimum səviyyəyə çatdırılıb. 

Postxronika.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər və Milli Təhsil nazirlikləri birgə qərar qəbul ediblər.


Yeni qaydalara əsasən, hər bir orta məktəb binasına azı iki polis nəfəri təhkim olunub. Tədris prosesi zamanı şagird və pedaqoji heyətin təhlükəsizliyini təmin etmək məqsədilə, ehtiyac duyulduqda əraziyə çevik qüvvələrin də yönləndirilməsi nəzərdə tutulub. Qeyd edək ki, son iki gündə Siverek və Kahramanmaraşda baş verən qanlı hücumlar ümumilikdə 10 nəfərin ölümü, 29 nəfərin isə xəsarət alması ilə nəticələnmişdi. Hazırda asayiş keşikçiləri məktəb ətrafındakı nəzarəti ciddi şəkildə davam etdirirlər.