Elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi ilə tanış olub, siniflərdə dərsləri izləyib, müəllim və şagirdlərlə görüşüb.

 Postxronika.az Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində məktəbdə STEAM və “Rəqəmsal bacarıqlar” layihələri, eləcə də peşə təmayüllü siniflərin fəaliyyəti ilə yaxından tanışlıq olub.

Təhsil mühitinin daha da inkişaf etdirilməsi və innovativ yanaşmaların genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.