Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraşda yerləşən təhsil müəssisəsinə edilən silahlı basqın nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli həmkarına başsağlığı məktubu ünvanlayıb.
Postxronika.az xəbər verir ki, dövlət başçısı bu dəhşətli hadisədən sarsıldığını bildirərək, uşaqlara qarşı törədilən qəddar əməli kəskin şəkildə pisləyib.
Məktubda faciə zamanı həyatını itirənlərin ailələrinə və bütün qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından dərin hüznlə təsəlli ifadə olunub. Ölkə rəhbəri kədərli anlarda türkiyəli qardaşlarının yanında olduğunu vurğulayaraq, vəfat edənlərə Allahdan rəhmət, xəsarət alanlara isə təcili şəfa diləyib. Yekunda bu ağır itkinin gətirdiyi acının paylaşıldığı və böyük səbir arzulandığı qeyd edilib.