Bakı şəhərində vətəndaşların rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə yenidənqurma tədbirləri həyata keçiriləcək.
Postxronika.az xəbər verir ki, mövcud yol örtüyünün vəziyyəti nəzərə alınaraq Rəşid Behbudov, Ziya Bünyadov, Səməd Vurğun, Abbas Mirzə Şərifzadə küçələri və Dairəvi yolda bərpa işlərinin aparılması planlaşdırılır.
Sözügedən ərazilərdə nəqliyyatın hərəkəti 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək qismən məhdudlaşdırılacaq. Aidiyyəti qurumlar sürücülərdən aparılan prosesə anlayış göstərmələrini və müvəqqəti nişanların tələblərinə ciddi riayət etmələrini xahiş edir. Səfərlərin planlaşdırılması zamanı alternativ marşrutlardan istifadə olunması tövsiyə edilir.