Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qırğız yazıçısı Çingiz Aytmatovun eyniadlı əsəri əsasında hazırlanan “Cəmilə” musiqili tamaşası nümayiş etdirilib. 

Postxronika.az xəbər verir ki, tədbirdə hər iki ölkənin mədəniyyət nazirləri, rəsmi şəxslər və tanınmış incəsənət xadimləri iştirak ediblər. Qırğızıstanın mədəniyyət naziri Mirbek Mambetaliyev çıxışında dövlətlərarası mənəvi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi vurğulayıb. Dahi ədibin 100 illik yubileyinə ithaf olunan səhnə əsəri Qırğız Milli Filarmoniyasının yaradıcı heyəti tərəfindən yüksək peşəkarlıqla təqdim olunub. Sevgi və insanpərvərlik ideyalarını tərənnüm edən tamaşa paytaxt tamaşaçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bu mədəniyyət hadisəsi Türk dünyasının ortaq dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.