“Etender.gov.az” portalında dövlət satınalmalarının şəffaflığını və səmərəliliyini artırmaq məqsədilə genişmiqyaslı funksional dəyişikliklər reallaşdırılıb.
Postxronika.az xəbər verir ki, əsas islahatlar çərçivəsində vahid internet resursu ilə Maliyyə Nazirliyinin “e-müqavilə” altsistemi arasında tam inteqrasiya təmin olunub. Artıq elektron müqavilə şərtləri birbaşa sistem üzərindən formalaşdırılır və sənədlərin imzalanması rəqəmsal müstəvidə həyata keçirilir. Yeniliklər sayəsində satınalma predmetlərinə dair məlumatlar dəyişdirilməz qalır, bildirişlər isə qalib tədarükçülərə avtomatik qaydada ötürülür. Eyni zamanda, nəzarət orqanının göndərdiyi mühüm xəbərdarlıqların mütləq oxunması mexanizmi tətbiq edilməklə prosesdə intizam gücləndirilib. Bu təkmilləşdirmələr ölkədə sağlam rəqabət mühitinin inkişafına və hesabatlılığın maksimuma çatdırılmasına xidmət edir.