Türkiyənin Kahramanmaraş və Şanlıurfa şəhərlərindəki məktəblərdə baş verən qanlı silahlı hücumlardan sonra ölkədə televiziya layihələri və video oyunlar ciddi təftiş olunmağa başlayıb. 

Postxronika.az xəbər verir ki, baş verən faciələrin cəmiyyətdə yaratdığı böyük ajiotaj fonunda ekran işlərindəki aqressiv kontentin təsiri ilə bağlı müzakirələr yenidən alovlanıb. "Yeraltı" "Eşref Tek" və “Taşacak bu deniz” kimi tanınmış serialların ssenarilərində köklü dəyişikliklərin edilməsi, bəzi bölümlərin isə yayımının dayandırılması qərara alınıb. İstehsalçılarla yanaşı, reklam verən şirkətlər də zorakılıq ehtiva edən istehsalatlara maliyyə dəstəyini kəsərək prosesə reaksiya göstəriblər. Xatırladaq ki, sözügedən hadisələr nəticəsində 10 nəfər həyatını itirib, 32 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin rəylərə görə, cinayətləri törədən şəxslərin aqressiv məzmunlu oyunlara xüsusi marağı olub.