Xüsusi hərbi əməliyyatın keçirildiyi bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) canlı qüvvə itkiləri ötən gün ərzində təxminən 1155 nəfər təşkil edib.
Postxronika.az xəbər verir ki, bu məlumat Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi hesabatda əks olunub. Döyüşlər zamanı qarşı tərəfin xeyli sayda zirehli texnikası, o cümlədən "Iveco" zirehli maşını, "Paladin" və "Qvozdika" özüyeriyən artilleriya qurğuları sıradan çıxarılıb. Hərbi birləşmələrin əməliyyatları nəticəsində düşmənin onlarla avtomobili, minaatanları və "Anklav" radioelektron mübarizə stansiyası məhv edilib. Bundan əlavə, "Starlink" peyk rabitə stansiyası ilə yanaşı, USQ-yə məxsus çox sayda pilotsuz uçuş aparatı və onların idarəetmə məntəqələri zərərsizləşdirilib. Cənub istiqamətində isə Ukrayna ordusunun altı sursat anbarı və "Vampire" yaylım atəşli reaktiv sistemi darmadağın edilib.