Polis əməkdaşlarının aprelin 17-də keçirdikləri əməliyyatlar nəticəsində dələduzluq əməllərinə görə axtarılan səkkiz şəxs saxlanılıb. 

Postxronika.az  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxslər tutularaq dərhal istintaq orqanlarına təhvil veriliblər. Hazırda bu istiqamətdə lazımi araşdırmalar davam etdirilir. Cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində analoji əməliyyatlar mütəmadi xarakter daşıyır.