Aprelin 17-də hüquq-mühafizə orqanlarının paytaxt və müxtəlif bölgələrdə keçirdiyi əməliyyatlar zamanı qanunsuz saxlanılan odlu silahlar götürülüb. 

Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirlər nəticəsində 2 avtomat, 3 qumbara, 4 patron darağı və 120 ədəd müxtəlif çaplı patron müsadirə olunub. Hazırda təhlükəsizliyin təmin edilməsi məqsədilə analoji profilaktik yoxlamalar davam etdirilir. Silah-sursatın mənbəyinin müəyyənləşdirilməsi istiqamətində zəruri araşdırmalar aparılır.