Ermənistanda xarici dövlətlərin maraqlarına xidmət edən şəxslərin geniş siyahısı müəyyən edilib.
Postxronika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə məlumat verib. Hökumət rəhbəri bildirib ki, həmin şəxslərin hələ də azadlıqda olması onların casusluq fəaliyyətinin hüquqi həddini tam keçməmələri ilə bağlıdır. İlk növbədə siyasi xadimlərdən bəhs etdiyini deyən Paşinyan, şübhəlilərin ad-soyadlarının və əlaqə vasitələrinin onda olduğunu vurğulayıb. O, qeyd olunan sərhədi aşan hər bir fərdin dərhal qanun qarşısında cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib. Hazırda Ermənistanın hüquq-mühafizə orqanları bu istiqamətdə nəzarət tədbirlərini gücləndirib.