Türkiyənin Muğla şəhərində keçirilən kanoe və kayak üzrə beynəlxalq “Bahar Kuboku” reqatası təmsilçilərimizin uğurlu çıxışı ilə yekunlaşıb. 

Postxronika.az xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli bir nəfərlik kanoe qayığı ilə iki kateqoriyada gümüş mükafata sahib çıxıb. O, həm 1000, həm də 500 metr məsafəyə təşkil olunan yürüşlərdə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Daha bir uğura isə 2010-2011-ci il təvəllüdlü avarçəkənlərin yarışında Fəxri Məmmədli imza ataraq bürünc medal qazanıb. Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyasının komandası turniri ümumilikdə 2 gümüş və 1 bürünc medalla tamamlayıb. İdmançılarımızın bu nailiyyəti ölkəmizin su idmanı sahəsindəki potensialını növbəti dəfə nümayiş etdirib.