Xəzər rayonunda silsilə talama hadisələri törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Postxronika.az xəbər verir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində müəyyən edilən şəxsin müxtəlif ünvanlara qanunsuz daxil olduğu təsdiqlənib. İstintaq materiallarına əsasən, o, rayon ərazisindəki beş fərdi yaşayış evindən və iki sexdən külli miqdarda vəsait, məişət texnikası, elektrik avadanlıqları, həmçinin kombi aparatları mənimsəyib. Cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 20 min manata yaxın maddi ziyan dəyib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əldə etdiyi qənimətlərin bir qismini artıq satmağa nail olub. Hazırda faktla bağlı başlanmış araşdırmalar davam etdirilir.