Yasamal rayonu ərazisində nəqliyyat vasitəsindən talama hadisəsi baş verib.
Postxronika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 48 yaşlı R.Novruzov saxlanılıb. Araşdırmalar zamanı əvvəllər də məhkumluq həyatı yaşamış şəxsin “Ford” markalı avtomobildən 650 manat nağd pul və dəyəri 790 manat olan mobil telefon oğurladığı müəyyən edilib. Zərərçəkmişə ümumilikdə 1440 manat məbləğində maddi ziyan vurulub. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir. Tutulan şəxsin digər bənzər hadisələrdə iştirakı yoxlanılır.