Aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır.
Postxronika.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Paytaxtda temperaturun gündüz saatlarında 17° isti təşkil edəcəyi, bölgələrdə isə hava şəraitinin daha kəskin dəyişəcəyi bildirilir. Rayonlarda leysan, dolu, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi bölgələrdə güclənəcək, dumanlı hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda temperaturun gündüz 8-13° isti olması gözlənilir.