Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukrayna ordusunun ehtiyacları üçün istifadə olunan enerji infrastrukturu obyektlərinə zərbələr endirib.
Postxronika.az xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, hücumlar zamanı uzaqmənzilli PUA-ların istehsal sexləri və buraxılış məntəqələri də hədəf alınıb.
Rusiya Müdafiə Nazirliyi əməliyyatda aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyanın iştirak etdiyini bildirib. Məlumata əsasən, 142 müxtəlif rayonda Ukrayna hərbi birləşmələrinin və xarici muzdluların müvəqqəti dislokasiya məntəqələrinə də zərər vurulub. Döyüş tapşırıqları çərçivəsində strateji əhəmiyyətli hərbi və texniki infrastrukturun sıradan çıxarıldığı qeyd olunur. Hazırda bölgədə aktiv hərbi əməliyyatlar davam edir.