ABŞ Prezidenti Donald Tramp İranla münaqişə fonunda İsrailin cəsarət nümayiş etdirərək Vaşinqtonun ən sadiq tərəfdaşı olduğunu sübut etdiyini bildirib.
Postxronika.az xəbər verir ki, TASS-ın məlumatına görə, Amerika lideri bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
Dövlət başçısı qeyd edib ki, digər ölkələrdən fərqli olaraq, yəhudi dövləti sona qədər mübarizə aparır və qalib gəlməyi bacarır. Tramp gərginlik zamanı ABŞ-i məyus edən ölkələrin adını çəkməsə də, son vaxtlar NATO-nu dəstək vermədiyi üçün sərt tənqid edir. O, hətta Şimali Atlantika Alyansını "kağız pələng" adlandıraraq, Vaşinqtonun bu təşkilatdan çıxmaq ehtimalını nəzərdən keçirdiyini vurğulayıb. Prezidentin fikrincə, İsrail öz sadiqliyi ilə digər müttəfiqlərdən kəskin fərqlənir.