İran tərəfi Vaşinqtonla diplomatik təmasların bərpası üçün dəniz blokadasının tamamilə aradan qaldırılmasını tələb edir.
Postxronika.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki,
son günlər tərəflər arasında Pakistan vasitəsilə mütəmadi fikir mübadiləsi aparılsa da, rəsmi Tehran blokada tətbiq edildiyi müddətdə birbaşa dialoqa qayıtmayacağını bəyan edib. Halbuki, ABŞ rəsmiləri növbəti həftənin əvvəlində İslamabadda müzakirələrin bərpa oluna biləcəyinə dair nikbin proqnozlar vermişdilər.
Prezident Donald Tramp isə məsələ ilə bağlı açıqlamasında bu dəfəki nümayəndə heyətinə vitse-prezident Cey. Di. Vensin rəhbərlik etməyəcəyini diqqətə çatdırıb. Hazırda regionda gərginliyin azaldılması üçün dəniz məhdudiyyətlərinin ləğvi əsas həlledici amil kimi dəyərləndirilir.