Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən gecə saatlarında "Range Rover" markalı nəqliyyat vasitəsi oğurlanıb. 

Postxronika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı R.Rzayev saxlanılıb.

Məlum olub ki, həmin müəssisənin işçisi olan bu şəxs qaçırdığı avtomobili sərxoş vəziyyətdə idarə edərək yol-nəqliyyat hadisəsi törədib. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir. Gənc oğlanın törətdiyi bu əmələ görə qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi gözlənilir. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.