“ASAN xidmət”in İnnovativ İnkişaf Mərkəzi tərəfindən insan kapitalının müasir əmək bazarının tələblərinə uyğun formalaşdırılması məqsədilə ASAN Karyera Akselerasiya Proqramına (AKAP) start verilir.
Postxronika.az xəbər verir ki, üç ay davam edəcək bu layihə 48 saatlıq intensiv təlim mərhələsini əhatə edərək iştirakçıların peşəkar və fərdi bacarıqlarını təkmilləşdirməyi hədəfləyir.
Tədris müddətində mütəxəssislər qərarvermə, strateji yanaşma və süni intellekt alətlərindən istifadə kimi aktual istiqamətlər üzrə praktiki biliklər əldə edəcəklər. İnteraktiv metodlarla keçirilən dərslərdə iştirakçılara xüsusi mentor və kouç dəstəyi də təmin olunacaqdır. Beynəlxalq tərəfdaşlar, o cümlədən Sabancı Universiteti və Qlobal İnnovasiyalar İnstitutu ilə birgə reallaşdırılan proqramın sonunda məzunlara xüsusi sertifikatlar təqdim ediləcək. Bu təşəbbüs gənc kadrların daha rəqabətli və çevik peşəkar kimi yetişməsinə əhəmiyyətli töhfə verəcək