Azərbaycanın unudulmaz sənətkarı, Xalq artisti Rasim Balayevin xatirəsinin yaşadılması istiqamətində mühüm addım atılır.

Postxronika.az xəbər verir ki, görkəmli aktyorun məzarüstü abidəsinin ucaldılması ilə bağlı bütün maliyyə xərcləri dövlət tərəfindən təmin ediləcək. Kinematoqrafçılar İttifaqının rəsmisi Əlisa Cabbarovun sözlərinə görə, hazırda heykəlin dizaynı və sifarişi ilə bağlı məsələlər mərhumun ailəsi ilə müvafiq qurumlar arasında razılaşdırılır.

Qeyd edək ki, bənzərsiz obrazlar müəllifi cari ilin mart ayında vəfat edib və Birinci Fəxri xiyabanda torpağa tapşırılıb. Bu təşəbbüs ustad sənətkarın milli mədəniyyətimiz qarşısındakı xidmətlərinə verilən yüksək qiymətin təzahürüdür. Hazırlıq işləri tamamlandıqdan sonra abidənin qısa müddətdə ucaldılması nəzərdə tutulur.