YENİLƏNDİ - 21:47: YENİLƏNDİ
“İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib.
Bakı metropoliteninin fəaliyyəti tam olaraq bərpa edilib. Hazırda bütün xətlər üzrə qatarlararası intervallar qorunmaqla qatarların hərəkəti tam təmin olunub.
Postxronika.az "Bakı Metropoliteni" QSC-nin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, qurum rəhbərliyi yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyib. Həmçinin, yaranmış vəziyyətlə əlaqədar sərnişinlərin göstərdiyi anlayışa görə onlara təşəkkür edilib.