Bu gün saat 20:20 radələrində Bakı Metropoliteninin “28 May” stansiyasında bədbəxt hadisə baş verib. 

Postxronika.az xəbər verir ki, qatar yoluna yıxılan sərnişinə görə dərhal təmas relslərindən yüksək gərginlik kəsilib və əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Proses yekunlaşdıqdan sonra qatar sərnişinsiz şəkildə "Nərimanov" elektrik deposuna yola salınıb. Baş vermiş insident metronun qırmızı və yaşıl xətləri üzrə hərəkət intervalında əlavə yubanmalara səbəb olub. Hazırda stansiyada qatarların normal hərəkət qrafiki bərpa edilir.