Rusiya Silahlı Qüvvələrinin həm şərq, həm də qərb cinahlarında irəliləməsi nəticəsində Ukrayna ordusunun Konstantinova şəhərində blokadaya düşmə riski yaranıb.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbələr TASS agentliyinə açıqlayıb.Hazırda şəhərdə cəmləşən Ukrayna bölmələrini mövqeləri müxtəlif növ silahlardan, xüsusilə uzaqmənzilli artilleriyadan intensiv atəşə tutulur. Strateji nöqtələrdəki irəliləyişlər hərbi birləşmələrin təchizat yollarının kəsilməsi təhlükəsini daha da artırır. Mütəxəssislərin fikrincə, cinahlardakı bu manevrlər yaxın vaxtlarda şəhərin tamamilə mühasirəyə alınması ilə nəticələnə bilər. Mövcud vəziyyət ərazidəki müdafiə xətlərinin kəskin şəkildə zəiflədiyini göstərir.