ABŞ Prezidenti Donald Tramp dəniz blokadası götürüləcəyi təqdirdə İranla hər hansı sazişin imzalanmasının qeyri-mümkün olduğunu bəyan edib. 

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Trampın sözlərinə görə, rəsmi Tehran Hörmüz boğazının qapalı qalmasını istəmir, çünki bu yolun açılması onlara gündəlik 500 milyon dollar gəlir qazanmaq imkanı verir. Ağ Ev rəhbəri qeyd edib ki, İslam Respublikasının boğazın bağlanması ilə bağlı bəyanatları sadəcə "reallığı gizlətmək" cəhdidir. O, ABŞ-ın tətbiq etdiyi tam blokadanın İranı çətin vəziyyətə saldığını vurğulayıb. Sonda Tramp əlavə edib ki, iqtisadi təzyiqlər azaldılsa, nüvə və ya digər məsələlər üzrə yeni sövdələşmə heç vaxt baş tutmaya bilər.