Holivudun ən çox müzakirə olunan layihələrindən biri olan "Coyote vs. Acme" filminin ilk rəsmi treyleri izləyicilərə təqdim edilib. ''Warner Bros.'' studiyası tərəfindən vergi güzəşti məqsədilə ləğv edilmək istənən ekran işi, sosial medianın böyük dəstəyi sayəsində xilas edilərək kinoteatrlara yol tapıb. Yay aylarında nümayiş olunacaq bu komediya illərdir davam edən istehsalat çətinliklərindən sonra nəhayət tamaşaçı qarşısına çıxır.


Postxronika.az xəbər verir ki, filmdə məşhur "Looney Tunes" qəhrəmanı Wile E. Coyote, "Acme" korporasiyasının qüsurlu məhsullarına görə vəkil Kevin Everi (Uill Forte) ilə birləşərək məhkəmə davası açır. Qarşı tərəfin maraqlarını isə təcrübəli hüquqşünas Baddi Kreyn (Con Sina) müdafiə edir. Janrın pərəstişkarları kadrlarda həmçinin Silvestr, Tviti və Foqhorn Leghorn kimi sevilən personajları da görə biləcəklər. ''Ketchup Entertainment'' şirkətinin yayımladığı bu film İan Freyzerin "New Yorker" jurnalında dərc olunan eyniadlı məqaləsi əsasında ərsəyə gətirilib.


"'Warner Bros.'' rəhbərliyi 115 milyon dollarlıq maliyyə itkisini sığortalamaq üçün filmi arxivə göndərməyi planlaşdırsa da, kütləvi etirazlar qərarın dəyişməsinə səbəb oldu. Rejissor Deyv Qrinin lentə aldığı ekran işinin ssenari müəllifləri arasında Ceyms Qann kimi tanınmış adlar yer alır. Avqustun 28-də dünya premyerası keçiriləcək film, studiyanın mübahisəli arxivləşdirmə siyasətindən sonra mühüm bir bazar sınağı hesab olunur.