Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər nəticəsində yollarda xuliqanlıq edən Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Postxronika.az xəbər verir ki, sözügedən şəxslər “Mercedes” və “Tofas” markalı nəqliyyat vasitələri ilə toy karvanında hərəkət edərkən qaydaları nümayişkaranə şəkildə pozaraq digər sürücülər üçün ciddi təhlükə yaradıblar.

İntizamsız sürücülər törətdiyi qanunsuz hərəkətləri videoya alaraq sosial şəbəkə hesablarında da paylaşıblar. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin çıxardığı qərara əsasən, hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onların sükan arxasına keçmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb.