Mərkəzi İcra Hakimiyyəti Orqanları rəhbərlərinin regionlardakı qəbul cədvəlinə uyğun olaraq, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov aprelin 23-də Ağcabədi rayonunda sakinləri qəbul edib.
Postxronika.az xəbər verir ki, görüşdə Ağcabədi ilə yanaşı, Beyləqan və Ağdam sakinlərinin də müraciətləri dinlənilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı ətraf mühitin qorunması, biomüxtəlifliyin mühafizəsi və meşə təsərrüfatı ilə bağlı məsələlər əsas müzakirə mövzusu olub. Nazir qaldırılan problemlərin araşdırılması və operativ həlli üçün qurumun məsul əməkdaşlarına konkret tapşırıqlar verib. Digər sahələrə aid olan müraciətlər isə müvafiq instansiyalara yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.