"The Godfather" trilogiyası və "Apocalypse Now"  kimi şah əsərlərin quruluşçu rəssamı Din Tavularis 93 yaşında dünyasını dəyişib.


Postxronika.az xəbər verir ki, sənətkar Parisdəki xəstəxanada təbii səbəblərdən vəfat edib. Bu barədə məlumatı "The Hollywood Reporter" nəşrinin tənqidçisi Cordan Mintser təsdiqləyib. Tavularis yaradıcılığı boyu rejissor Frensis Ford Koppola ilə 13 filmdə, o cümlədən "Bonnie and Clyde" kimi klassiklərdə yaxından əməkdaşlıq edib. O, "The Godfather 2" filminə görə "Oscar" mükafatına layiq görülüb və ümumilikdə beş dəfə bu mükafata namizəd olub.


Karyerasına "Disney" animasiya studiyasında başlayan ustadın filmlər üçün qurduğu dekorasiyalar kino sənətinin ən mürəkkəb işləri hesab olunur. Koppola onunla iş birliyini "sözsüz anlaşma və tam etimad" kimi xarakterizə edirdi. Onun yaratdığı vizual dünyalar sadəcə tərtibat deyil, həm də filmlərin daxili poeziyasını əks etdirən mühüm elementlər kimi qiymətləndirilirdi. 2007-ci ildə ömürlük nailiyyət mükafatı alan sənətkarın son işi Roman Polanskinin layihəsi olub. Görkəmli dizaynerdən geriyə həyat yoldaşı Oror Kleman və iki qızı qalıb.