Taleh Ziyadov Avropa Badminton Konfederasiyasının İdarə Heyətinə seçilib

Postxronika.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Danimarkanın Horsens şəhərində keçirilən seçkilərdə Avropa Badminton Konfederasiyasının (BEC) İdarə Heyətinə üzv seçilib.

Sözügedən səsvermə 8 namizədin 3 direktor kürsüsü uğrunda mübarizə apardığı yüksək rəqabət şəraitində baş tutub. 2026–2030-cu illəri əhatə edəcək yeni fəaliyyət dövründə o, idarəetmənin təkmilləşdirilməsi və idman növünün qitə miqyasında inkişafı istiqamətində çalışacaq.


T.Ziyadov göstərilən etimadı yüksək qiymətləndirərək əsas prioritetlərinin inklüziv tərəqqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi olduğunu vurğulayıb. Qeyd edək ki, təcrübəli mütəxəssis həmçinin 2025-ci ildən etibarən Dünya Badminton Federasiyasının (BWF) Şura üzvü kimi fəaliyyət göstərir.