Nəsimi rayonunda avtobus sərnişinlərindən birinin cibindən "iPhone" markalı mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub.
Postxronika.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 40 yaşlı Şəmsi Məmmədov saxlanılıb.
Araşdırmalar zamanı əvvəllər də məhkumluq həyatı yaşamış bu şəxsin Yasamal rayonu ərazisində bənzər cinayətlər törətdiyi üzə çıxıb. Hazırda saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması dəqiqləşdirilir. Faktla bağlı polis idarəsində başlanmış təhqiqat tədbirləri davam etdirilir. Paytaxt sakinlərinə ictimai nəqliyyatda diqqətli olmaları tövsiyə olunur.