Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Volçansk istiqamətində yaranmış ağır vəziyyəti stabilləşdirmək məqsədilə bölgəyə xarici muzdlulardan ibarət əlavə qüvvələr cəlb edib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın hüquq-mühafizə orqanları TASS agentliyinə sızdırıb. Mənbənin bildirdiyinə görə, bölgədə istehkam qurulması ilə məşğul olan Ukrayna hərbçiləri sosial şəbəkələrdə əcnəbi döyüşçülərin gəlişini təsdiqləyiblər.
Yeni gələn dəstələrin əsas vəzifəsi cəbhədəki geriləmənin qarşısını almaq və müdafiə xəttini gücləndirməkdir. Hazırda Tsirkunı rayonunda möhkəmlənmə işlərinin aparıldığı, lakin şəxsi heyət arasında vəziyyətin kritik olduğu qeyd edilir. Bu addım Ukrayna ordusunun strateji nöqtələri qoruyub saxlamaq cəhdi kimi qiymətləndirilir.