ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dekabrda keçiriləcək G20 sammitinə dəvət etmək niyyətindədir. 
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" qəzeti Dövlət Departamentindəki mənbələrinə istinadən yayıb. Bildirilir ki, hələlik rəsmi dəvətlər göndərilməsə də, Rusiya Böyük İyirmiliyin üzvü kimi liderlərin zirvə görüşünə çağırılacaq.
Ağ Ev rəsmiləri Trampın Rusiyanın bütün formatlarda iştirakını dəstəklədiyini və sammitin məhsuldar keçməsinə fokuslandığını qeyd ediblər. Eyni zamanda, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin də dekabrın 14-15-də Mayamidə keçiriləcək tədbir üçün yüksək səviyyəli dəvət aldıqlarını təsdiqləyib. Moskva görüşdə kimin təmsil olunacağı ilə bağlı qərarın sammitə yaxın tarixlərdə veriləcəyini açıqlayıb.