"Sky Sports" nəşrinin məlumatına əsasən, "Mançester Yunayted"in hücumçusu Ceydon Sançonun yay transfer pəncərəsində Dortmund "Borussiya"a qayıtmaq ehtimalı yüksəkdir. 26 yaşlı ingilis vinger karyerasını yenidən Almaniya klubunda davam etdirmək niyyətindədir.

Postxronika.az xəbər verir ki, futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi bu il iyunun 30-da başa çatdığı üçün o, sabiq komandasına azad agent statusunda keçə bilər. Qeyd edək ki, "sarı-qaralar"ın heyətində ümumilikdə 158 matçda 53 qol və 67 məhsuldar ötürmə ilə yadda qalan oyunçu hazırda icarə əsasında "Aston Villa"nın şərəfini qoruyur. O, cari mövsümdə Birminhem təmsilçisi ilə çıxdığı 31 görüşdə cəmi 1 dəfə fərqlənib və 1 məhsuldar pas verib. "Transfermarkt" portalı hücumçunun indiki bazar dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.