Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 9 fərdi yaşayış evindən müxtəlif zaman kəsiyində nağd pul və qızıl-zinət əşyaları talanıb.
Postxronika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 46 yaşlı Məzahir Əliyev tutulub. İstintaq zamanı sözügedən şəxsdən mənzillərdən götürülən əşyaların bir qismi maddi sübut kimi müsadirə edilib.
Baş vermiş hadisələrlə bağlı dərhal cinayət işi açılıb və araşdırmalara başlanılıb. Məhkəmənin müvafiq qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri tətbiq olunub. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.