Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov müasir diplomatiyanın mahiyyətini məşhur "Erməni radiosu" lətifəsi ilə təsvir edib. 
Postxronika.az TASS-a istinadən xəbər verir ki, nazir bu maraqlı bənzətməni "Rusiya İctimai Televiziyası"na müsahibəsində səsləndirib. Lavrov qeyd edib ki, diplomatiya bir şəxsi müəyyən ünvana elə göndərmək sənətidir ki, həmin kəs bu səfəri böyük həvəslə gözləsin.
Xarici siyasət idarəsinin rəhbəri bu üsulun diplomatik arsenalda təbii qəbul edildiyini və yumorun bəzən mürəkkəb proseslərə rəng qatdığını bildirib. Bununla yanaşı, nazir diplomatiyanın əsas missiyasının dövlətin milli maraqlarını effektiv şəkildə müdafiə etmək olduğunu vurğulayıb. O, bu fəaliyyətin dürüst tərəfdaşların mənafelərinə hörmət çərçivəsində həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib.