İngiltərənin "Mançester Yunayted" klubunun həmtəsisçisi Cim Retkliff komandanın rəhbəri postuna İngiltərə millisinin sabiq çalışdırıcısı Qaret Sautqeyti əsas iddiaçılardan biri kimi nəzərdən keçirir.
Postxronika.az xəbər verir ki, "TEAMtalk" nəşrinə əsasən, mütəxəssislə müzakirələrin başlanması planlaşdırılsa da, "qırmızı şeytanlar"ın keçmiş üzvü Maykl Kerrik siyahıda favoritliyini qoruyur. Sükana digər namizədlər arasında İngiltərə və Almaniya yığmalarının rəhbərləri Tomas Tuxel və Yulian Naqelsmann, həmçinin Unai Emeri ("Aston Villa") ilə Andoni İraola ("Bornmut") yer alıb. Mançester təmsilçisinin rəhbərliyi yeni təyinatla bağlı yekun qərarını cari mövsümün sonunda verəcək.