Rusiya hərbi bölmələri xüsusi əməliyyat zonasında Ukrayna ordusunun 1125-dən çox canlı qüvvəsini zərərsizləşdirib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin gündəlik hesabatında yer alıb. Məlumata əsasən, “Şimal” qoşun qruplaşması Xarkov vilayətinin Boçkovo yaşayış məntəqəsini nəzarətə götürərək strateji mövqelərini möhkəmləndirib. Eyni zamanda, Rusiya qüvvələri Ukraynanın müdafiə sənayesi və enerji infrastrukturuna qarşı yüksək dəqiqlikli silahlarla kütləvi zərbələr endirib. Hava hücumundan müdafiə sistemləri isə qarşı tərəfə məxsus 250-dən çox pilotsuz uçuş aparatını və 11 idarə olunan bombanı məhv edib. Döyüşlər zamanı həmçinin xarici muzdluların cəmləşdiyi müvəqqəti dislokasiya məntəqələri də atəşə tutulub.