Şirvan Şəhər Mərkəzi Xəstəxanasının peşəkar anestezioloq-reanimatoloqu Azər Əkbərli bu gün vəfat edib. 

Postxronika.az xəbər verir ki, mərhum tibb mütəxəssisi uzun illər bölgənin səhiyyə sistemində fədakar fəaliyyəti ilə tanınırdı. O, əmək yoluna Hacıqabulda terapevt kimi başlamış, 2008-ci ildən isə Şirvanda intensiv terapiya sahəsində çalışmışdır.

Yüksək ixtisaslı həkim, göstərdiyi xidmətlərə görə 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdü. Onun ölümü həm həmkarları, həm də pasiyentləri üçün ağır itki hesab olunur. Allah rəhmət eləsin!