Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması çərçivəsində daxili avtobus xətləri istifadəyə verilib.
Postxronika.az xəbər verir ki, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin mərkəzi küçələri ilə yanaşı, Kərkicahan qəsəbəsini də tam əhatə edir. Hazırda sərnişindaşıma xidməti "BakuBus" MMC-yə məxsus 10 ədəd ekoloji təmiz elektrik avtobusu vasitəsilə üç fərqli istiqamət üzrə həyata keçirilir.
Müəyyən edilmiş 62 dayanacaq məntəqəsində nəqliyyat vasitələri 14-15 dəqiqəlik intervalla hərəkət edərək sakinlərin rahatlığını təmin edir. Gediş haqqının ödənişi tamamilə nağdsız formadadır; sərnişinlər "BakıKart", QR-kod və digər müasir mobil sistemlərdən sərbəst istifadə edə bilirlər. Bu layihə regionda innovativ və ətraf mühitə zərərsiz nəqliyyat ekosisteminin formalaşdırılması istiqamətində mühüm addımdır.