ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin Pakistana planlaşdırılan səfərinin ləğv edilməsinin İrana qarşı hərbi əməliyyatların bərpası mənasına gəlmədiyini bildirib.
Postxronika.az xəbər verir ki, bu barədə dövlət başçısı "Axios" portalına verdiyi müsahibədə məlumat paylaşıb. Tramp səfərin ləğvini vaxt itkisi ilə əsaslandıraraq, hazırda rəsmi Tehranla birbaşa təmasların gündəmdə olmadığını qeyd edib. O, həmçinin İranda daxili hakimiyyət mübarizəsinin getdiyini iddia edərək, qarşı tərəfin dialoq istəyəcəyi təqdirdə sadəcə zəng etməsinin kifayət olduğunu vurğulayıb. Qeyd edək ki, daha əvvəl İslamabadda tərəflər arasında vasitəçilik görüşünün keçiriləcəyi gözlənilsə də, İran XİN bu cür danışıqların planlaşdırılmadığını bəyan etmişdi. Hazırda Ağ Ev regionda gərginliyin artırılmasından deyil, diplomatik kanalların açıq qalmasından tərəfdardır.