Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev iki ölkə arasındakı ikitərəfli əlaqələrin gələcəyinə ümidlə baxdığını bəyan edib.
Postxronika.az xəbər verir ki, diplomat bu barədə Elba çayı sahilində sovet və amerkia qoşunlarının görüşməsinin 81-ci ildönümü münasibətilə keçirilən tədbirdə danışıb. Neçayev Almaniya ictimaiyyətinin anım mərasimlərinə göstərdiyi marağın münasibətlərin normallaşması üçün əsas ola biləcəyini vurğulayıb. Səfir Almaniyada Rusiyanın maraqlarını və narahatlıqlarını anlayan çoxsaylı dostlarının olduğunu qeyd edib. O, həmçinin 8-9 may tarixlərində Qələbə Günü münasibətilə planlaşdırılan bütün tədbirlərin ləyaqətlə keçiriləcəyinə inandığını bildirib. Diplomatın sözlərinə görə, xüsusilə Saksoniya regionu ilə qurulan qardaşlaşmış şəhər münasibətləri Rusiya tərəfindən qorunub saxlanılır.