Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtondakı ziyafəti zamanı baş verən silahlı insidentdən sonra ABŞ lideri Donald Tramp hələ də "Washington Hilton" hotelini tərk etməyib. 

Postxronika.az xəbər verir ki, bu barədə Amerika rəhbərini müşayiət edən Mətbuat bölməsi məlumat yayıb. Bildirilir ki, mətbuat nümayəndələrinin hələ də məkanda olması dövlət başçısının binada qaldığını təsdiqləyir.

Xatırladaq ki, təhlükəsizlik qaydalarının pozulması səbəbindən Məxfi Xidmət əməkdaşları dərhal Prezidenti, birinci xanımı və digər rəsmi şəxsləri zaldan uzaqlaşdırıblar. Hadisə yerindən yayılan görüntülərdə qəfil səslərin eşidilməsi ilə iştirakçılar arasında böyük çaxnaşmanın yarandığı aydın görünür. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarət altındadır.