ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelindəki insidentdə şübhəli bilinən şəxsin görüntülərini "Truth Social" platformasında ictimailəşdirib. 

Postxronika.az xəbər verir ki, müşahidə kamerasının qeydlərində silahlı şəxsin mühafizə postunu yarmağa cəhd etdiyi və təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirildiyi əks olunub. Məlumata görə, həbs edilən şəxs Kaliforniya sakini, 31 yaşlı Koul Tomas Allendir.
Xatırladaq ki, atəş səslərindən sonra yaranan çaxnaşma səbəbindən dövlət başçısı və digər yüksək rütbəli rəsmilər Məxfi Xidmət tərəfindən dərhal təxliyə ediliblər. Paylaşılan fotolarda şübhəlinin qandallanmış vəziyyətdə zərərsizləşdirildiyi aydın görünür. Hazırda hadisənin təfərrüatları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.