Ağ Ev Müxbirləri Assosiasiyasının ziyafəti zamanı baş verən silahlı insident nəticəsində ABŞ Prezidenti Donald Tramp və digər rəsmi şəxslər məkandan uzaqlaşdırılıb.
Postxronika.az xəbər verir ki, hotelin foyesində eşidilən atəş səsləri iştirakçılar arasında böyük həyəcana və çaxnaşmaya səbəb olub. Məxfi Xidmət əməkdaşları dərhal hərəkətə keçərək dövlət başçısını, birinci xanımı və vitse-prezidenti təhlükəsiz əraziyə çıxarıblar.
Hadisənin baş verdiyi "Washington Hilton" hotelində silahlı şəxsin zərərsizləşdirildiyi və nəzarətə alındığı bildirilir. Hazırda hücumçunun vəziyyəti ilə bağlı məlumatlar ziddiyyətli olsa da, rəsmi qurumlar təhlükənin aradan qaldırıldığını təsdiqləyiblər. Beynəlxalq media qurumları insidentin təfərrüatlarını və təhlükəsizlik sistemindəki boşluqları araşdırmağa davam edir.